Tilsim sındı - Azərbaycanlı yazıçı xariciləri üstələdi

13 Yanvar 2017 16:39

Azərbaycanlı yazıçının kitabı satış sıralamasında xarici yazıçılardan önə keçdi.

Milli.Az xəbər verir ki, "Əli və Nino"kitab mağazaları şəbəkəsi 2016-cı ildə  ən çox satılan kitabların siyahısını açıqlayıb. Yazıçı-psixoloq Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-cı ildə Azərbaycanda ən çox satılan kitab olub.

Qeyd edək ki, "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı Bakının ən böyük kitab mağazalarından biri olan "Kitabevim.az" mağazalar şəbəkəsinin rəsmi açıqlamasında da 2016-cı ilin ən çox satılan kitabları siyahısında 1-ci olub.

Nəzərinizə çatdıraq ki, yaxın günlərdə Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" adlı yeni romanının geniş şəkildə təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, sözü gedən romanlar "Qədim Qala" Nəşriyyat evində çap olunub. Nəşriyyat evindən əldə etdiyimiz digər məlumata görə, 2017-ci ildə sözü gedən hər iki romanın ABŞ, Rusiya və Türkiyədə də nəşri gözlənilir.

Zərif Nisə
Milli.Az