Ən qənaətcil «Cip»lər - SİYAHI

30 May 2011 23:14
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "onluq"da yer almış avtomobillər 100 kilometr məsafəyə orta hesabla 5,7 litr yanacaq sərf edir.

10-cu yerdə "Lexus RX 450h" hibrididir. O, 100 kilometrə 6,4 litr yanacaq sərf edir. "Skoda Yeti"də bu,  6,1 litrdir. "Mitsubishi ASX", "KIA Sportage", "Hyundai ix35" və "BMW X1" 100 kilometri 5,8 litrlə qət edə bilir.

"Range Rover Evoque" eyni məsafəyə 5,6 litr, "BMW X3" və "FIAT Sedici" 5,5 litr yanacaq yandırır.

Ötən il olduğu kimi, bu il də dünyanın ən qənaətcil "Cip"i "Toyota Urban Cruiser" elan edilib: 5 litr.

Milli.Az