Bakıda Misir Mədəniyyət Günü keçirilib - FOTO

12 Yanvar 2017 21:49

Xəzər Universitetinin "Dünya məktəbi"ndə Misir Mədəniyyət Günü qeyd olunub.

Milli.Az-a universitetdən verilən məəlumata görə, "Elçi daşı" layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi xarici ölkələrin Azərbaycandakı səfirlikləri və mədəniyyət mərkəzləri ilə əməkdaşlıq qurmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.

Tədbirdə Azərbaycan ilə Misirin müştərək mədəni əlaqələrindən söz açılıb.

Həmçinin qədim ərəb əfsanəsi "Leyli və Məcnun"un klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açılıb. Şagirdlərin ifasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından səhnələşdirilmiş parçalar təqdim olunub. Eyni zamanda, uşaqların "Misir şagirdlərin gözü ilə" mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil edilib.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az