Prezident oğlunu paytaxtın meri elədi

12 Yanvar 2017 18:52

Prezident oğlunu yüksək vəzifəyə gətirdi -  onun cəmi 28 yaşı var.

Tacikistan prezidenti Emomali Rahmonun oğlu Rustam Emomali paytaxt Düşənbə şəhərinin meri təyin olunub. Bu barədə dövlət başçısı sərəncam imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prezidentin 28 yaşlı oğlu bu postda Məhəmmədsəid Ubaydulloyevi əvəz edib.

O, bu vəzifəyə qədər Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinə rəhbərlik edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində