Əməkdar artist Fransada konsert verəcək

12 Yanvar 2017 13:19

Əməkdar artist Şahin Növrəsli fevralda Fransada konsert verəcək.

Axşam.az-ın məlumatına görə, cazmen fevralın 2-də Parisdə "Grand Palais"də, fevralın 6-da Odeon Teatrında konsert proqramı ilə çıxış edəcək.

Ş.Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. 

O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Milli.Az