Çeçenistanda 4 silahlı öldürülüb, 1 polis həlak olub

11 Yanvar 2017 23:24

Çeçenistanda keçirilən əməliyyat zamanı 4 silahlı öldürülüb,1 polis həlak olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat yanvarın 11-də Kurçaloy rayonunda keçirilib.
 
Məlumata görə, əməliyyat zamanı silahlı qrup üzvlərindən biri tutulub, digəri isə qaçmağa müvəffəq olub. Hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub. Səhər saatlarından etibarən əməliyyatın davam etdiriləcəyi bildirilir.

Milli.Az