"Əl Qaeda" şəhər tutdu

29 May 2011 15:51
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, Yəməndəki islamçı yaraqlılar ölkənin cənubundakı Abyan vilayətinin paytaxtı Zəncibarı ələ keçiriblər. Onların "Əl Qaida" terror şəbəkəsinin Ərəbistan yarımadasındakı bölməsi ilə bağlı olduğu güman edilir.

Yaraqlılar şəhərdə 25-ci motoatıcı briqadanın qərargahından savayı bütün dövlət binalarına nəzarət edirlər. Qərargahı mühasirəyə almış islamçılar Zəncibardakı həbsxanadan onlarla məhbusu azad ediblər.

Hazırda Yəməndə prezident Əli Abdulla Salehə qarşı çıxan qüvvələrlə qoşunlar arasında toqquşmalar davam edir.

Yəmən müxalifəti hesab edir ki, Saleh Zəncibar şəhərini bilərəkdən islamçılara təhvil verərək iqtidara qarşı olan qüvvələri "Əl Qaeda" ilə qorxutmaq istəyir.

"Əl Qaeda"nın Yəməndəki bölməsinin rəhbəri Ənvər əl Əvlaki dünyanın ən təhlükəli terrorçusu sayılır.

Milli.Az