Şimali Koreya ballistik raket buraxa bilər - Çin narahatdır

11 Yanvar 2017 00:14

Çin Şimali Koreyanın ballistik raketlərin buraxılması planları ilə əlaqədar öz narahatlığını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şimali Koreya rəsmiləri bildirib ki, ballistik raketlər ölkə lideri Kim Çen Inın əmri ilə buraxılacaq.

Daha əvvəl rəsmi Pxenyan ölkəni nüvə və raket sınaqlarından təcrid etdiyi üçün Vaşinqtonu qınayıb.

İki ölkə arasında yaşanan bu gərginlik isə Çin rəhbərliyinin dərin narahatlığına səbəb olub. XİN başçısı Lu Kang tərəfləri vəziyyəti mürəkkəbləşdirə biləcək bütün addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, bu yaxınlarda Pentaqon rəhbəri Eşton Karter Şimali Koreyanın nüvə potensialını təhlükə adlandırıb. E.Kaşter həmçinin bildirib ki, təhlükə yarandığı halda ABŞ müdafiə departamenti Pxenyan tərəfindən buraxılmış raketləri vuracaq.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az