Elza Seyidcahan nəyin müqabilində toylarda pulsuz oxuyur?

12 Mart 2010 15:47
Müğənni Elza Seyidcahanın ağacəkmə kampaniyasının səsi indi idə toylardan eşidilir.
Bu günlərdə Mingəçevirdə səfərdə olan sənətçi xanım əvvəlcə icra başçısının dəstəyi ilə parkların birində ağac əkib. Daha sonra həmin günü toyu olan cütlüyü bu kampaniyaya dəvət edib. Əvəzində isə onların toyunda pulsuz oxuyub. Bu barədə Milli.Az xəbər portalına danışan müğənni bildirdi ki, bu kampaniyaya həmçinin Qəbələdə və Bərdədə ailə həyatı quran daha iki cütlük qoşulublar:

"Onlar toy günlərində Mingəçevirə səfər edib, könüllü mənim təşəbbüsümlə olan kampaniyada iştirak etdilər. Mən isə onlar üçün pulsuz oxudum. Parkda palçığa əhəmiyyət verməyən gənclər və qohum-əqrabaları qol qaldırıb oynayırdılar. Onlar hava şəraitinin qeyri-sabit olmağına baxmayaraq, böyük yol qət edərək Mingəçevirə gəlmişdilər. Mən də pulsuz oxumaqla onları qiymətləndirdim".

Elza xanım əlavə edir ki, bu cür kampaniyanı ayrı bölgələrdə də davam etdirmək niyyətindədir. Hətta yeni evlənənlər olarsa, toylarında qonorarsız oxuyub, onları da bu aksiyaya cəlb edəcək. Sənətçi bu seçiminin onun toy qonararına təsir göstərməyəcəyinə əmin olduğunu bildirdi.

Xatırladaq ki, bu aksiyanın yekunu olaraq mayın 25-də Heydər Əliyev Sarayında geniş konsert proqramı təqdim ediləcək.

Xədicə
Milli.Az