Soros Berluskonini məhkəməyə verdi
12 Mart 2010 14:35
Amerikalı milyarder Corc Soros tərəfindən yaradılmış "Açıq cəmiyyət" institutu İtaliyanın baş naziri Silvio Berluskonini məhkəməyə verib.
"Kommersant-Ukraina"nın yazdığına görə, baş nazir media biznesini qeyri-demokratik yolla aparmaqda ittiham olunur və onun bu əməllərindən Avropa Məhkəməsinə şikayət edilib. İddiaçı hesab edir ki, Berluskoni "Rete 4" telekanalının yayım tezliyini qeyri-qanuni şəkildə ələ keçirib.
Milli.Az