Alma cemi ilə şokoladlı peçenye - FOTO

11 Yanvar 2017 07:00

Milli.Az alma cemi ilə şokoladlı peçenyenin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

220 q un 

80 q kakao tozu 

160 q kərə yağı

70 q şəkər tozu

2 yumurta

200 q alma cemi

Unla kakaonu birlikdə masanın üzərinə ələyin. Donmuş kərə yağını üzərinə sürtgəcdən keçirib bıçaqla döyün. Ovuntuq alınacaq. 

Təpələmə yığıb ortasında çuxur açın. Buraya şəkər tozunu və yumurtanı əlavə edin. 

Hamar, elastik xəmir yoğurun. 30 dəqiqə soyuducuda saxlayın. 

Masanın üzərinə un səpin. Xəmiri 5 mm qalınlıqda yayın. 

Kvadratlara bölün. 

Bir kvadratın ortasına 1 ç.q. cem qoyun, digərini üzərinə örtüb kənarlarını çəngəllə basıb bitişdirin. Bütün xəmiri və cemi bu qaydada hazırlayın. Yağlanmış formaya yığıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.  

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.