"Narkotank" tutuldu

29 May 2011 10:17
Milli.Az xəbər portalı bildirir ki, Meksika polisi ölkənin mərkəzindəki Halisko ştatının qərbində "narkotank" ələ keçirib. Ümuimiyyətlə, meksikalı polislər narkotacirlərin onlarla müqayisədə daha yaxşı təchiz olunduqlarından şikayətlənirlər. Polislər əvvəllər pulemyotu olan, snayper atışları üçün yerlərə malik, hətta yola yağ tökən maşınlara rast gəlmişdilər. Amma hələ belə avtomobil görməmişdilər.

Pikap əsasında yaradılmış "narkotank"ın qabağında polad lövhələr, habelə sərnişinləri güllədən qoruyan metallik kabinəsi var.

Halisko ştatı Sinaloa narkokartelinin bazası sayılır. Bu qruplaşmanın lideri, məşhur narkobaron İqnasio Koronel 2010-cu ilin iyulunda qətlə yetiriləndən sonra Sinaloa dəstəsinin üzvləri başqa kartellərin təzyiqlərinə tab gətirmək üçün vuruşmağa başlayıblar.

Milli.Az