19:59
Milli.Az bildirir ki, müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəyli həyat yoldaşının son durumu haqda istipress-ə açıqlama verib:
"Hazırda müalicəsi davam edir. Hər şey əsəbdən oldu. İşlərinin alınmaması ilə bağlı əsəb keçirdi. Bu da onun nəticəsidir. Şükür Allaha, ailəmizdə heç bir problem yoxdur. Hazırda müalicəsi ev şəraitində davam etdirilir. Həkimlər xəstəxanaya getməsini məsləhət görsələr də, Nurlan imtina etdi. Özü xəstəxanaya getmək istəmədi. İndi demək olar ki, ancaq uzanır. Həkimlər qəti şəkildə əsəbləşməməyi tapşırıblar".
Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli mikroinfarkt keçirib.
---------
11:23
Müğənni Nurlan Əzizbəylinin səhhəti pisləşib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb. O, yataqda fotosunu paylaşaraq: "Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər, yəqin", - deyə qeyd edib.
Həkimlər N.Əzizbəyliyə mikroinfarkt diaqnozu qoyublar. Ev şəraitində müalicə alan müğənninin səhhəti hazırda yaxşıdır.
Milli.Az