Şəhər meydanında unitaz yarışı - FOTO

29 May 2011 19:32
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Avstraiyanın paytaxtı Vyanada qeyri-adi yarış keçirilib.
"Michaelerplatz" meydanına yığışmış gənclər "motorlu unitaz"lara oturaraq mübarizə aparıblar.

Elektrik mühərriki, dörd təkər və sükanla təchiz edilmiş unitazların sürüldüyü yarış Avstriyada 80 min vətəndaşın əziyyət çəkdiyi məbə-bağırsaq pozuntularının profilaktikası və müalicəsinə xeyriyyə məqsədilə pul yığmağa həsr olunmuşdu.
Yarışda ölkənin məşhur musiqiçiləri, jurnalistləri, artistləri iştirak ediblər.

Milli.Az