Hülya Avşarla Tarkan barışıblar?

5 Yanvar 2017 12:31

"Eşq və qürur" serialında rol alacağı deyilən aktrisa Hülya Avşar bu il yeni şou-proqrama aparıcılıq edəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa "Verilişinizə Tarkanı da dəvət edərsinizmi?" sualına: "Niyə də olmasın?" - cavabını verib.

Qeyd edək ki, məşhurlar uzun zamandır küsülüdürlər. Hülya Tarkan haqda: "Bir metrlik adam... Mən niyə ona hörmət etməliyəm ki? Göbək atdığı üçün?" - demişdi.

Milli.Az