Müğənni teleşoudan qovuldu

28 May 2011 00:44
Milli.Az xəbər portalı "The Daily Telegraph"a istinadən bildirir ki, britaniyal müğənni Şeril Koul ABŞ-dakı "X Factor" teleşousundan kənarlaşdırılıb. Qərarı teleşounun nümayiş olunduğu "Fox Network" telekanalının sahibi "News Corp" mediaholdinqi qəbul edib. Holdinqin rəhbərlərinin fikrincə, müğənninin iştirakı şounun reytinqini aşağı sala bilər.

Şernil Koul "X Factor" şousunun münsiflər heyətinə bir neçə potensial namizəd arasından seçilərək mayın 5-də təsdiqlənib. "The Daily Mail" bildirir ki, telekanal rəhbərliyi müğənnilər RiannaKetti Perrinin də namizədliklərini nəzərdən keçirirdi. Lakin Koulun namizədliyini Britaniyadakı "X Factor"un baş hakimi Saymon Kouell dəstəkləyib.

Koulun şoudan uzaqlaşdırılmasının başlıca səbəbi onun güclü ingilis ləhcəsidir. Layihənin iştirakçıları onun nə dediyini güclə anlayırdılar. İndi telekanal və müğənninin vəkilləri danışıqlar apararaq müqaviləni mümkün qədər az itki ilə ləğv etməyə çalışırlar.
Telekanal Koula 1,2 milyone funt-sterlinq (1,9 milyon dollar) ödəməliydi.

Britaniyadakı "X Factor" şousunu nümayiş etdirən İTV telekanalı Koulun proqrama qayıdacağına ümid edir.
Koulu ABŞ-dakı "X Factor" teleşousunda "Pussycat Dolls" qrupunun sabiq solisti Nikol Şrezingerin əvəzləyəcəyi gözlənilir.

Milli.Az