Ərəb dilində risalə "göndəriş" deməkdir. Məktub, ismarış mənalarında işlədılir. Dini termin olaraq, müsəlman alimləri tərəfindən hər hansı suala cavab olaraq, ya da hər hansı konkret dini məsələ barədə qələmə alınmış kiçik həcmli kitablara deyilir.
Milli.Az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbində müctəhidlərin fətvalarının toplandığı kitaba da risalə (və ya əməliyyə risaləsi) deyirlər. Keçmişdə hər müctəhid öz risaləsini istədiyi tərtiblə hazırlayırdı. Risalələrdəki məsələlərin yeri və ardıcıllığı bəzən xeyli fərqlənirdi. Risalələrin adları da fərqli olurdu. Məsələn: "Cameyi-Abbasi", "əl-Ürvətül-vüsqa", "Vəsilətün-nicat" və s. Bəzi mərceyi-təqlidlər ümumiyyətlə öz risalələrinə ad vermirdilər və onların risaləsi "Sual-cavab toplusu", "Əməliyyə risaləsi", "Fətvalar məcmuəsi" kimi ümumi adlarla çap edilirdi.
1960-cı illərdə Ayətullahül-üzma Seyid Hüseyn Birucerdinin fətvalarını mövzular üzrə ardıcıllıqla düzərək topladılar və "Tövzihül-məsail" (Məsələlərin izahı) adlı kitab şəklində nəşr etdirdilər. Bun-dan sonra yaşamış mərceyi-təqlidlərin demək olar ki, hamısı həmin kitabın mətnini əldə əsas tutmaqla öz ictihadlarına uyğun olaraq, lazım bildikləri məsələlərə dəyişikliklər edirlər.
Buna görə də, müasir risalələrin hamısı ardıcıllıq və üslub baxımından bir-birinə oxşayır. Yalnız müctəhidlərin fikir ayrılığı olan məsələlər arasında fərq görünür.
Milli.Az