"YouTube" 3D videoların nümayişinə başladı

27 May 2011 20:05
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, internetin ən iri videohostinq servisi "YouTube"da "Nvidia" və "Mozilla"nın dəstəyi ilə üçölçülü (3D) videoların nümayişinə başlanıb. Belə videolara baxmaq üçün istifadəçinin xüsusi avadanlığı olmalıdır.

Hazırda "YouTube"un yeniliyindən servisin yalnız 1 milyon istifadəçisi yararlana bilər. Ekspertlər  hesab edirlər ki, videohostinq servisinin təşəbbüsü ilk əvvəl kinoteatrlarla assosiasiyalar yaradır.

"YouTube"nin sahibi "Google" korporasiyası bəyan edib ki, videohostinq servisindəki videolar tamamən 3D formatdadır. Onları HDMİ və ya DLNA portları vasitəsilə genişformatlı televizorlara da çıxarmaq olar.

ZD rejimdə nümayiş üçün bütün videoçarxlar "Firefox 4" brauzerinin bazasında olacaq və "Nvidia 3D Vision" sistemini dəstəkləyəcək.

Milli.Az