Mayın 28-nə olan hava proqnozu

28 May 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 762 milli metr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.
 
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal var.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.

Milli.Az