Tamella Arzumanyan: "Azərbaycan hakimiyyəti, bizi quldur Ermənistan hakimiyyətindən xilas edin"

4 Yanvar 2017 10:49

Sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və insan hüquqları pozulmuş Ermənistan vətəndaşı Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, T.Arzumanyan şəxsi "Facebook" səhifəsində yazıb: "Mən və ailəm Azərbaycana qayıtmağımızı və quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirik". Maraqlıdır ki, Yerevanda yaşayan 54 yaşlı müəllim Tamella Asratovna Arzumanyan, özünün bildirdiyinə görə, Azərbaycanda anadan olub.

T.Arzumanyan və onun ailə üzvləri - həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti təırəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan sülh platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.

T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni ildən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Ümidsizliyə qapılmış qadından sosial şəbəkədəki müraciətini silmək tələb olunub. Erməni hakimiyyəti üçün xas olan ənənəvi yanaşma - qızının müalicəsi üçün ayrılmış vəsaitin mənimsənilməsinə etiraz edən vətəndaşının problemlərinin həllinə çalışmadan təzyiq göstərməklə şikayətindən və müraciətindən imtina etdirmək. Lakin bunun əvəzində Arzumanyan daha kəskin və emosional çağırış edib.

Bununla birgə, Ermənistan hakimiyyəti özünə bir sualı vermir - axı nəyə görə ölkə vətəndaşları və Dağlıq Qarabağın erməni icmasının üzvləri köməyi öz hakimiyyətindən deyil, düşmən Azərbaycan hakimiyyətindən tələb edirlər və Sarkisyan hökumətindən, Ermənistanda yaşamaqdansa, orada daha rahat yaşayacaqlarını düşünərək, qonşu dövlətə münasibətdə işğalçı siyasətdən əl çəkməyi tələb edirlər?!

Milli.Az