"Xəzər" və "İnter"in eks futbolçusu özünə yeni klub tapdı

2 Yanvar 2017 17:37

Fransalı futbolçu L`imam Seydi karyerasını Küveytdə davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son olaraq Maltanın "Brikirkara" klubunun uğurları üçün çalışan 31 yaşlı hücumçu "Xaytan" klubu ilə müqavilə imzalayıb. O, mövsümün sonuna qədər adıçəkilən komandada top qovacaq.

Qeyd edək ki, sözügedən hücumçu bir müddət ölkəmizdə "Xəzər Lənkəran" və "İnter"də çıxış edib. Əvvəlcə cənub təmsilçisi ilə müqavilə imzalayan hücumçu transfer qadağasına görə "Xəzər"dən ayılmış və "İnter"lə müqavilə imzalamışdı. Seydi 2015-ci ildə "Bankirlər"in heyətində keçirdiyi 7 oyunda 1 qolla yadda qalmışdı.

Milli.Az