“Avropada “erməni soyqırımı”nın beynəlxalq yalan olduğunu görəcəklər”

20 Yanvar 2015 23:16
"Avropada "erməni soyqırımı"nın beynəlxalq yalan olduğunu görəcəklər. Strasburqdakı məhkəmə beynəlxalq yalanı ifşa edəcəyi kimi, Avropa xalqlarının fikir və düşüncə azadlığının sərhədini daha da genişləndirəcək"

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İşçi Partiyasının lideri, Tələt Paşa komitəsinin qurucu koordinatoru Doğu Perinçək deyib.

Tələt Paşa Komitəsindən verilən məlumatda isə bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının 28 yanvardakı Perinçək-İsveçrə çəkişməsinin qərar iclasını izləmək üçün Türkiyədən 200 nəfərlik heyət gedəcək.

Məhkəmənin qərar iclasında Doğu Perinçəklə yanaşı vəkillər Məhmət Cengiz, millət vəkili Süheyl Batum və ingilis vəkil çıxış edəcəklər.

Qeyd edək ki, bir neç gün öncə D. Perinçəyin xaricə çıxma yasağı ləğv edilib.
 

Milli.Az