Qadın heyz (aybaşı) halında Uca Allaha dua edə, zikr edə, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın. Amma Quranı əlinə alıb oxuması qadağandır. Şəriətimizə görə heyz və nifas (doğuşdan sonrakı qanaxma halı) olan qadına aşağıdakıları etmək olmaz:
Namaz qılmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heyzli qadın namaz qıla bilməz". (Buxari, Muslim, Əbu Dəvud). Bura məscidə girmək də daxildir.
Oruc tutmaq. Milli.Az zikr.az-a istinadən bildirir ki, Aişənin (radıyəllahu anhə) rəvayət etdiyi hədisə əsasən, "qadın heyzli ikən tuta bilmədiyi orucları qəza edər, qılmadığı namazları isə bağışlanar". (Buxari).
Qurani Kərimə əl vurmaq. Uca Allah buyurur: "Qurana təmiz olanlardan başqası toxuna bilməz". (əl-Vaqiə, 79).
Zəruri ehtiyac olmadığı halda məscidə girmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Cənabət və heyz halında olana məscidə girmək halal olmaz". (İbn Məcəh).
Kəbəni təvaf etmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Beytullahı (Allahın evini) təvaf etmək, namaz qılmaq kimidir, yəni dəstəmazlı olmaq lazımdır". (Tirmizi).
Cinsi əlaqədə olmaq. Uca Allah belə buyurur: "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!" Allah tövbə edənləri, pak olanları sevər!" (əl-Bəqərə, 222).
Milli.Az