Mersin sel sularına təslim oldu: ölənlər var, yüzlərlə insan sağ qalmaq üçün savaşır - YENİLƏNİB - FOTO

29 Dekabr 2016 16:44

16:44

Mersinin Toroslar qəsəbəsinin Yalınayak məhəlləsində sel sularının apardığı 30 yaşlı bir qadın və bir kişi boğularaq həyatını itirib.

Vətəndaşlar avtomobillərin içində gözləyirlər. 7 qəsəbədə məktəblər bağlanıb. Bələdiyyə xalqa məcbur qalmadıqca çölə çıxmamaları mövzusunda xəbərdarlıq edib.
 
Yağışın miqdarı son 15 ildə rekord hesab edilir.

----------

11:57

Mersində dünən gecədən bəri yağan güclü yağış selə səbəb olub.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, şəhərin əsas yollarını basan sel suları səbəbiylə vətəndaşlar avtomobillərinin içində köməksiz vəziyyətdə qalıblar.

Şəhər Bələdiyyəsi vətəndaşlara xəbərdarlıq edərək: "Xahiş edirik, çölə çıxmayın" , - tapşırığı verib.

Təhməz Təkin

Milli.Az