Bədheybət əməliyyat olundu: əsəbi zəiflər baxmasın! – FOTO

12 Mart 2010 11:29
Çində sifətində anadangəlmə dəhşətli qüsurlar olan 36 yaşlı qadın nəhayət, plastik əməliyyat edilib. Rusiya mətbuatının yazdığına görə, o, indiyədək 2 dəfə ana olmağa macal tapıb. Qadının əməliyyatdan əvvəlki şəkilləri əsl dəhşət filmlərini xatırladır. Deyilənlərə görə, o, hətta güzgüdə özünə baxmaqdan qorxurmuş. Qadın onu görən hər kəsdə vahimə yaradırmış. Bu üzdən zavallı ömrünün əksər hissəsini evdə, qapalı şəraitdə keçirib. Heç vaxt məktəbə getməyib.

Buna baxmayaraq, Kanq Sanmei adlı bu xanımı sevən kişi tapılıb! Hətta onların 2 uşağı da dünyaya gəlib və qadın yalnız bundan sonra plastik əməliyyat keçirmək qərarına gəlib. Ona bu işdə xeyriyyə təşkilatlarından biri kömək edib. Əməliyyatdan sonra qadın "dünya gözəli"nə çevrilməsə də, əvvəlki qorxunc görkəmindən əsər-əlamət qalmayıb.

Milli.Az




--------------------------------------------------------------------------------