Türkiyədə hərbçiləri daşıyan maşın dərəyə yuvarlanıb.
Milli.Az İHA-ya istinadən xəbər verir ki, Ispartanı Davraz Xizək Mərkəzi ilə birləşdirən yolda dərəyə aşan hərbi maşındakı əsgərlərdən 3-ü yaralanıb.
Əldə edilən məlumata görə, yaralı əsgərlər dərhal təcili tibbi yardım briqadasının ilkin tibbi yardımından sonra yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanadan edilən açıqlamada əsgərlərin səhhətinin normal olduğu deyilir.
İlkin iddialara görə, qəzaya səbəb yolun buzlu olması göstərilir.
Təhməz Təkin
Milli.Az