Kaxa Kaladze: ""Şahdəniz-2" Gürcüstan üçün əhəmiyyətli layihədir"

26 Dekabr 2016 21:45

"Biz Azərbaycanla keçən il Gürcüstana təbii qazın verilməsi ilə bağlı müqavilə imzalamışıq. Müqavilədə Gürcüstana verilən təbii qazın çatışmayan əlavə hissəsinin "Şahdəniz 2" layihəsi vasitəsi ilə ötürüləcəyini də qeyd etmişik. "Şahdəniz 2" layihəsi Gürcüstan üçün əhəmiyyətli layihədir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Nazir Gürcüstanda qaz anbarının tikintisi barədə də jurnalistlərə məlumat verib: "Anbarın tikintisi 2017-ci ildə başlanacaq və təxminən 2019-2020-ci illərdə başa çatacaq".
 
Kaxa Kaladze qaz anbarı layihəsinin tikintisi ilə bir çox beynəlxalq şirkətlərin maraqlandığını və tezliklə tender elan olunacağını bildirib: "Bu layihənin tikintisində SOCAR-da iştirak etmək istəyir, lakin hələlik bu barədə ətraflı məlumatımız yoxdur".

Milli.Az