Yunisiyyə zikri nə deməkdir?

27 Dekabr 2016 08:25

Quranda buyurulur ki, Həzrət Yunis Peyğəmbər (ə) iri balıq tərəfindən udulduqdan sonra Allaha yalvarıb, xilas olmaq üçün dua etmişdi: "Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma sonra qaranlıqlar içində: "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam", - deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!" (Ənbiya 87-88). Həzrət Yunisin (ə) etdiyi bu dua kitablarda Yunisiyyə duasə kimi xatırlanır. Duanın tələfffüzü bu şəkildədir: "La ilahə illa əntə sübhanək. İnni küntü minəz-zalimin". Hədislərdə buyurulub ki, çətinliyə düşən adam bu duanı tez-tez oxusa, inşallah, çətinlik aradan qalxar.

Milli.Az