Ötən gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində, böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.
Milli.Az RT-yə istinadla bildirir ki, təyyarədə olanlardan biri də sənətçi Dimitry Litvyakovdur.
Dmitrinin həyat yoldaşı mətbuata onun son yazdığı mesajını açıqlayıb.
Mesajda yazılıb:
"Əzizim, sən yat. Uçuşun nə qədər müddət davam edəcəyini bilmirəm. Səni sevirəm".
Milli.Az