Lay Hun üzr istədi

25 Dekabr 2016 20:11

"Valensiya"nın prezidenti Lay Hun klubun azarkeşlərinə videomüraciət ünvanlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Hun komandanın keçirdiyi uğursuz mövsümə görə onlardan üzr istəyib.

"Bütün azarkeşlərdən üzr istəyirəm. Səhvlərimizdən nəticə çxaracağıq. Klubu gücləndirəcək ən yaxşı yolları tapmaq üçün səylə çalışmağa davam edəcəyik. Növbəti ilin daha uğurlu olmasını istəyirik. Yeni ildə "Valensiya" tərəfdarlarına uzun ömür, can sağlığı arzu edirəm".

Milli.Az