Günün qoroskopu: karyeranızda irəliləyiş ola bilər

7 Yanvar 2017 00:01

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  gün xoş sürprizlər vəd edir. Nailiyyətlər və uğurlar sizi sevindirə bilər. Belə irəliləyişi gözləmirdiniz. Həddən ziyadə zəhmət, xarüqələr yaratmaq tələb olunmur.

Buğa - hadisələr arzuladığınız məcrada inkişaf edir. Situsiyanın yaratdığı əlverişli imkanlardan yararlanın. Çoxdan bəri görmədiyiniz insanlarla görüş olacaq. Köhnə dostlar özlərini xatırladacaq.

Əkizlər - sərinləşmiş münasibətlərin bərpası üçün əlverişli zamandır. Durumun normal olması üçün köhnə səhvləri təkrarlamayın.

Xərçəng - yeni plan və ya həyata keçirmək istədiyiniz layihəni dəstəkləməyə hazır insanlar var. Uzun müddətdən bəri davam edən işgüzar danışıqlar arzuolunan tərzdə başa çatır.

Şir - əməkdaşlıqla bağlı yeni təklif alacaqsınız. Karyeranızda irəliləyiş ola bilər. Ev işləri və məişət qayğılarının öhdəsindən gələcəksiniz.

Qız - onlar yorucu və darıxdırıcı təsir bağışlamayacaqlar. Günün ikinci yarısında hadisələr çox olacaq. İfrat yorğunluğa rəvac verməyin. İntuisiyanız güclüdür.

Tərəzi - tamamilə yeni işə başlamaq üçün əlverişli zamandır. Bilik və təcrübə çatışmazlığı ilə qarşılaşmaq ehtimalı sizi çəkindirməsin.

Əqrəb - özünüzə inansanız, iradəli olsanız, təcrübəli adamlara sual verməkdən çəkinməsəniz, işin öhdəsindən gələcəksiniz. Yeni tanışlarda xoş təəssürat yaradın. Sizi çoxdan tanıyan insanları da, sözün yaxşı mənasında, təəccübləndirin.

Oxatan - yaşamınızda nəyisə köklü şəkildə dəyişmək fikriniz varsa, bu gün ilk addımı atın. Qətiyyətli olun. Qəfil hədiyyələr və xoş sürprizlər istisna deyil.

Oğlaq - səfər və ya səyahət üçün əlverişli zamandır. Pozitiv emosiyalar bol olacaq. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyirlər. Ən darıxdırıcı danışıqları, rutin müzakirəni maraqlı prosesə çevirmək olar.

Dolça - işdə tərəfdaşların mövqelərini nəzərə alın. Günün ikinci yarısı yaxşı ideyalar vəd edir. Başqaları, bəlkə də, belə ideyaların cərasətindən qorxardılar. Amma siz əmin olun ki, həmin işin öhdəsindən gələcəksiniz.

Balıqlar - işlərdə qayda yaratmaq, çoxdan bəri planlaşdırdığınız işləri reallaşdırmaq zamanıdır. Müttəfiqlər və tərəfdaşlar yardım etməyə tələsmirlər. Narahat olmayın, müstəqil fəaliyyətdə də uğur olacaq. Fəaliyyət azadlığı qarşınıza qoyduğunuz məqsədlərə daha tez çatmağa imkan verəcək.

Milli.Az