"Allah" yazılmış tualet kağızı yığışdırıldı

26 May 2011 13:26
Milli.Az xəbər portalı "La Gapitale"a istinadən bildirir ki, "Carrefour" supermarketlər şəbəkəsi Belçikada "Renova" tualet kağızlarının satışlarını dayandırıb. Üzərində bürclərin şəkilləri olan tualet kağızında Qız və Oğlaq simvolları "Allah" və "Məhəmməd" kəlmələrinin ərəb dilində yazılışına bənzəyirdi.

Üç gün əvvəl Brüsselin Molenbek səmtindəki iki məscid bu məsələ ilə bağlı "Carrefour"a müraciət edib. Şirkət müsəlmanlardan şikayət almasa da, həmin tualet kağızını satışdan yığışdırıb.

Belçikanın Federal Polisi də "Renova" tualet kağızlarındakı "qeyri-adi dizaynının fundamental islamçıların radikal aksiyalarına səbəb ola biləcəyini" vurğulamışdı.

Milli.Az