Milli.Az BBC-yə istinadən bildirir ki, 26 yanvardan etibarən Rusiya vizasına müraciət edən xarici vətəndaşlar anketlərində səyahət edəcək marşrutlarını göstərməli olacaqlar, Rusiya Turoperatorlar Assosiyasiyasından bildiriblər.
Yeni anketlər Federal Miqrasiya Xidmətinin saytında yerləşdirilib.
Müvafiq sənəddəki qrafada vizaya müraciət edən şəxs baş çəkəcək yaşayış məntəqələrinin adlarını göstərməlidir.
İddiaçı həmçinin miqrasiya qeydiyyatının ünvanı ilə yanaşı dəvət və qarşılayan tərəf barədə məlumat verməlidir.
Yeni qaydalar Rusiya vizasının alınmasının "qeyri-asan və uzun" olduğu təəssüratını bağışlaya bilər, Rusiya Turoperatorlar Assosiyasiyası bildirir.
Milli.Az