Donmuş "Mamırlı şəlalə"nin möhtəşəm görüntüsü - VİDEO - FOTO

19 Dekabr 2016 20:57

Qaxda analoqu olmayan "Mamırlı şəlalə"nin çox hissəsi havanın şaxtalı keçməsi nəticəsində donub.

ARB Şəki xəbər verir ki, şəlalədən süzülüb gələn damcıların donması isə təbiətdə gözəl bir mənzərə yaradıb.

Ləkit kəndinin yuxarı hissəsində dağlıq və meşəlik ərazidə yerləşən şəlalə öz görünüşü ilə onu görməyə gələnlərin zövqünü oxşayır. Mamırlı qayalar üzərindən axıb gələn şəlaləni yerli camaat "Damcı şəlalə" də adlandırır. Baxmayaraq ki, şəlaləyə getmək çətinliklə başa gəlir, ancaq bu gözəl mənzərəni hər il görməyə gələnlərin sayı kifayət qədərdir.

Kənd əhalisinin sözlərinə görə, soyuq keçən qış fəsillərində şəlalə donur. Suyun axınından asılı olaraq donmuş buz parçaları sanki bir əsər yaradır. Şəlaləni görməyə gələn turistlər əsasən yay aylarında buraya üz tuturlar. Qışda isə bu şəlalə yaydakı görünüşündən daha da gözəl olur. Yəqin ki, indidən sonra turistlər qışda da şəlaləyə baxmağa gələcəklər.

Şəlalə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli qərarı ilə Qax təbiət abidəsi adlandırılıb, Dövlət tərəfindən mühafizə olunur.

Videonu izləmək üçün şəklə klikləyin:
Donmuş

Milli.Az