Azərbaycanın sürücülük vəsiqələri hansı ölkələrdə keçərlidir? - SİYAHI
25 May 2011 13:41
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. "Azərbaycan yol hərəkəti haqqında Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Avropa, Asiya və Afrikanın 200-dən artıq ölkəsi bu konvensiyanın üzvüdür. Həmin ölkələrin hər birində Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil idarə etmək olar", - deyə o, qeyd edib.
Vyana Konvensiyasına qoşulmuş ölkələr bunlardır:
Avstriya, Baham adaları, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Braziliya, Böyük Britaniya, Macarıstan, Venesuela, Qana, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, Zair, Zimbabve, İsrail, İndoneziya, İran, İspaniya, İtaliya, Qazaxıstan, Kot-d'İvuar, Kuba, Küveyt, Latviya, Litva, Lüksemburq, Makedoniya, Mərakeş, Meksika, Monako, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Seyşel adaları, Seneqal, Slovakiya, Sloveniya, Tacikistan, Tailand, Türkmənistan, Özbəkistan, Ukrayna, Uruqvay, Filippin, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, Çili, İsveçrə, İsveç, Ekvador, Estoniya, CAR və sair.
Milli.Az