Milyarder dünyanı barmağına doladı
25 May 2011 22:51
Milli.Az xəbər portalı "The Wall Street Journal"a istinadən bildirir ki,
məşhur amerikalı maliyyəçi, investor və milyarder Corc Soros dünya bazarlarındakı
hadisələrin inkişafını yenə əvvəlcədən təxminləyə bilib. Onun "Soros
Fund Management" investisiya fondu malik olduğu bütün qızıl
ehtiyatlarını satıb.
Qızıl və gümüşün aprel ayında dünya bazarlarında rekord həddə çatmış qiymətləri artıq sürətlə ucuzlaşmağa başlayıb.
Maliyyəçilərin fikrincə, qızılın ucuzlaşması investorların valyuta
bazarlarını tərk etməsi və onların qızıla olan maraqların azalması ilə
bağlıdır.
Sorosun fondu qızılla gümüşü ABŞ və dünya iqtisadiyatındakı deflyasiya
təhlükəsi şəraitində kapitalı qorumaq üçün satın almışdı. Soros indi
belə təhlükə görmür: ABŞ-ın Federal Ehtiyat Sistemi deflyasiya
ehtimalını azaltmaq üçün ölkənin maliyyə sisteminə "pul inyeksiyaları"nı
davam etdirir.
Milli.Az