Buxarestdə AGRİ layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək
25 May 2011 12:15
Mayın 26-27-də Buxarestdə AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsində iştirak edən ölkələrin - Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüşün, eləcə də bu layihənin icrası üçün yaradılmış AGRI LNG Co şirkətinin idarə heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulub. Milli.Az xəbər portalının Dövlət Neft Şirkətinin (ARDNŞ) internet saytına istinadən verdiyi məlumata görə, görüşdə AGRI layihəsinə maraq göstərən şirkət və təşkilatların təqdimatları dinləniləcək, habelə AGRI LNG Co şirkətinin 2011-2012-ci illər üçün fəaliyyət proqramının və büdcəsinin razılaşdırılması istiqamətində müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-in vitse-prezidentinin müavini, AGRI LNG Co şirkətinin idarə heyətinin üzvü Vitali Bəylərbəyov təmsil edəcəklər.
Milli.Az