Qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünürlər. Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan "yüngül" al-qırmızı arterial qanı, orqan və toxumalara daşıyırlar.
Milli.Az bildirir ki, tərkibindəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alaraq "ağır", tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə geriyə - ürəyə qaytarılır.
Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalırlar. Çünki onlar ürəyə doğru istiqamətləndirdikləri qanı, ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olurlar. Məhz bu gərginliyin nəticəsində aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Bəs bu xəstəliyin müalicəsi necə aparılır?Müalicədən sonra damar genişlənməsi problemi yenidən yarana bilərmi?
Bütün bu sualların cavabını bilmək və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.
"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 16:00-dadır.
Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6
https://www.youtube.com/c/saglamnesil
https://www.facebook.com/SaglamNesil/?fref=ts
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az