Ekspert Bakıdakı hamıdan "ağıllı" sürücüdən danışdı

16 Dekabr 2016 13:50

"Dünən axşam Ziya Bünyadov prospektilə gedərkən maraqlı mənzərə gördüm. Atatürk prospekti ilə kəsişmədəki körpüdə bir "VAZ-2107" markalı avtomobil azacıq yoxuşu qalxa bilmirdi, təkərlər yerində eşirdi (buksovat edirdi) və yolu bağlamışdı. Əslində normal sürücü üçün oranı aşmaq sadə bir iş olardı, çünki xüsusi ciddi buzlaşma yox idi".

Milli.Az xəbər verir ki, bu barədə yol-nəqliyyat məsələlələri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Lakin ekspertin sözlərinə görə, onun təəccübünə tamam başqa şey səbəb olub: "Bu "VAZ-2107"nin qabaq təkərləri zəncirlənmişdi, arxa təkərlərdə isə heç nə yox idi. Ani fikirləşdim ki, bəlkə, qabağı çəkən "VAZ-2107" var, mən bilmirəm. Lakin gördüm ki, arxa təkərlər eşir. Hər halda bunu anlaya bilmədim. Görəsən, onun sükanı arxasındakı adam avtomobilinin hansı oxunun çəkdiyini bilmir, yoxsa hamıdan "ağıllı"dır?"

Yusif Nəsirli

Milli.Az