Kilsələr barədə pornofilm çəkiləcək
24 May 2011 23:14
Milli.Az xəbər portalı "Focus"a istinadən bildirir ki, danimarkalı kinorejissor Lars fon Trier növbəti filminin kilsələrdən bəhs edəcəyini bildirib.
"Yeni lentimdə Qərb və Şərq kilsələri arasındakı fərqləri araşdırmaq istəyirəm. Çəkmək istədiyim pornoqrafik film "Şərq və Qərb kilsələri adlandırılır. Porno ilə xristianlığın arasındakı əlaqələri tapmaq çox asandır. Filmdə çoxlu fəlsəfi gəvəzələmələr və boşboğazlıqlar olacaq. Sonra isə qəhrəmanlar Bax və xristianlığı sekslə müqayisə etməyə başlayacaqlar. Çox maraqlı olacaq", - kinorejissor bildirib.
Lars fon Trier daha sonra söyləyib ki, yeni filmində Kirsten Danst da çəkiləcək.
Danst rejissorun "Melanxoliya" filmindəki roluna görə beynəlxalq Kann kinofestivalında "Ən yaxın qadın rolu" mükafatını almışdı.
Milli.Az