Vasif Əhmədov Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni baş direktor təyin edilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.
Daha öncə bu vəzifədə Abbas Nəsibov (Bank Standard-ın İdarə heyətinin sabiq sədri) çalışıb. Bankdan bildiriblər ki, o bu postu öz istəyi ilə tərk edib.
Hazırda ABB-də 3 baş direktor var - V.Əhmədovdan başqa, Hidayət Sultanov və Fuad İslamov da bu postu tuturlar.
Xatırladaq ki, V.Əhmədov bu təyinatadək "Atəşgah Sığorta" şirkətinin İdarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
ABB Azərbaycanın maliyyə bazarında 1992-ci ilin yanvarından fəaliyyət göstərir.
Milli.Az