"Bozbash pictures" komandası Ukraynaya yollanıb.
Axşam.az-ın məlumatına görə, aktyorlar İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, İlkin Misgərli, Nicat Rəhimov çəkiliş üçün yollandıqları səfərdən fotolarını izləyiciləri ilə bölüşüblər.
Aktyorlar "Bozbash pictures"in yenidən ATV-də yayımlanacağını bildiriblər. Hazırda teletamaşanın yeni bölümlərinin çəkilişləri aparılır.
Milli.Az