10 milyona yaxınlaşırıq

14 Dekabr 2016 16:25

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabrın 1-nə 9793,8 min nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.

Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

Milli.Az