"Petkim" SOCAR-la "Star" NEZ-də pay alışı üzrə danışıqları davam etdirir

13 Dekabr 2016 11:18

Türkiyənin "Petkim" neft-kimya kompleksi SOCAR-ın Türkiyədəki törəmə bölməsi - "SOCAR Turkey Enerji A.S." ilə "Star" neft emalı zavodunda (NEZ) payın əldə edilməsi üzrə danışıqları davam etdirir.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyənin İctimaiyyəti məlumatlandırma üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Danışıqlar "SOCAR Turkey Enerji"də "Rafineri Holding"in 12-14 faizlik payının alışı ilə bağlı aparılır. Bu, "Petkim"ə "Star" NEZ-də 7-9 faizlik paya sahib olmağa imkan verəcək.

Milli.Az