"Qızıl top"un sahibi məlum olub

12 Dekabr 2016 23:07

Bu gün 2016-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

APA-nın "France football" nəşrinin rəsmi "Tvitter" səhifəsinə istinadən verdiyi xəbərə görə, "Qızıl top" mükafatına Madrid "Real"ının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu layiq görülüb.

Milli.Az