Gövhər Həsənzadə İtaliya geyimlərini Azərbaycana gətirəcək
11 Mart 2010 16:55
Belə ki, bəstəkar xanım məşhur İtaliya geyimlərini Azərbaycana gətirmək fikrindədir. Qadın geyimlərindən ibarət olan məşhur geyim brendi tezliklə bizim xanımların zövqünü oxşayacaq.
Bəstəkarın köməkçisi Ceyran Nərimanın Milli.Az-a dediyinə görə, geyim brendinin təmtaraqlı açılışı gözlənilir.
"Təqdimat zamanı tamaşaçılar inanılmaz bir sürprizlə qarşılaşacaqlar. Bu sürpriz daha çox mediya üçün gözlənilməz olacaq. Odur ki, hazırlaşın, sizləri çox maraqlı, inanılmaz bir sürpriz gözləyir.Tezliklə Gövhər xanım bu məqsədlə Italiyaya səfər edəcək. Ola bilsin ki ,bəstəkar xanım Novruz bayramını Milanda qarşılasın" - deyə köməkçi qeyd etdi.
Xədicə
Milli.Az