Qadın güləşçilərimiz Aleksandr Medvedin xatirə turnirində iştirak edəcək

11 Mart 2010 16:44
Bu yarışda qadınlardan ibarət yığma komandamız da iştirak edəcək.

Yığmamızın baş məşqçisi Orest Skobelski bu turnirdə Marziget Baqomedova (48 kq), Regina Yarova (51 kq), Yuliya Ratkeviç (59 kq), Olesya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Nadya Sementsova, Zümrüd Qurbanhacıyeva (hər ikisi 67 kq) və Dina İvanovaya (72 kq) şans verəcək. 

Bu turnirlə bərabər Belarus paytaxtında yeniyetmə güləşçilər arasında "Medvejonok" beynəlxalq turniri təşkil ediləcək. Həmin yarışda Arif Fərmanovun başçılığı ilə Aydan Səfərli (46 kq), Kəmalə Əliyeva (49 kq) və Patimat Baqomedova (52 kq) çıxış edəcəklər.

Komandamızın heyətində böyük məşqçi Kurban Kurbanov, həkim Əsmər Əliyeva və beynəlxalq dərəcəli hakim Elçin Əliyev də Belarusa yola düşüb.

Milli.Az