Nazir müavini bələdiyyələrin gələcək fəaliyyəti barədə danışdı
18 Yanvar 2010 17:47
Bu barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində keçrilən müşavirədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. Nazir müavini bildirib ki, respublikada fəaliyyət göstərən 1718 bələdiyyə üzrə ötən ilin dekabrında bələdiyyə seçkiləri keçirilərək 15 min 591 nəfər bələdiyyə üzvü seçilib.
Onun sözlərinə görə, birləşən bələdiyyələrə məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədilə müvafiq komissiyaların yaradılması nəzərdə tutulub. Həmin komissiyalara rəhbərliyin həyata keçirilməsi, onların fərdi tərkibinin təsdiq olunması, bu sahədə işin təşkili və digər məsələlər Ədliyyə Nazirliyinə həvalə olunub.
V.Zahirov bu sahədə işin səmərəliliyinin artırılması, aşkar olunan qanun pozuntuları, o cümlədən bələdiyyələrin vəsaitlərinin istifadə olunması, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya hüquqpozmaları üzrə zəruri tədbirləri vurğulayıb.
Milli.Az