Bu balaca qız ilanları oxşayır, bəbirlə oynayır, fili ram edir - FOTO

10 Dekabr 2016 21:54

Övladının yırtıcı ilə oynamasını, bəbiri bağıra basıb əzizləməsini istəyən valideyn çətin ki, tapıla. Balaca qızının ilanı oxşamasını istəyən ana isə barmaqla sayıla bilər.

Tippi Deqre başqa uşaqlara bənzəmir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məşhur fransız fotoqraflar Alan Deqre və Silvi Roberin qızı olan Tippi həyatının ilk 10 ilini Afrika meşələrində, savanalarında keçirib.

Redyard Kiplinqin "Cəngəlliklər kitabı"ndakı Mauqlinin prototipi sanki Tippidir.

Unikal qızın həyatı "Tippi: My Book of Africa" kitabında əks olunub.

Milli.Az