Azərbaycanın Respublika Günü Ankarada qeyd ediləcək

23 May 2011 18:59
Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Respublikasının "28 May Respublika Günü" münasibətilə mayın 26-da Ankaranın "Sheraton Hotel" mehmanxanasında geniş tərkibli tədbir keçirəcək.

Səfirlikdən Milli.Az xəbər portalına verilən məlumata görə, tədbirdə Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm adamları, fikir quruluşlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor nümayəndələri və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir zamanı 2011-ci ilin Azərbaycanda turizm ili olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı əyani materialların səfirlik tərəfindən tədbir iştirakçılarına paylanılması nəzərdə tutulub.

Ayrıca, Azərbaycan musiqiçilərinin ifası ilə tədbir iştirakçılarına musiqi nümunələrinin təqdim olunması və ziyafət verilməsi də planlaşdırılır.   

Milli.Az